Simone İnzaqi: “Bayern”ə qarşı əla bir oyun keçirməliyik”

“İnter”ın baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/4 finalının “Bayern”lə Milanda baş tutacaq cavab oyunu haqda fikrini bildirib.

Arena.az xatırladır ki, Münhendə keçirilmiş ilk oyunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

Simone İnzaqi cavab görüşündən öncəki mətbuat konfransında bunları söyləyib:

“Münhendə biz çox yaxşı çıxış etmişdik, orada qələbə qazanmaq üçün yaxşı oynamaq gərək idi, biz isə məmnunuq, amma bilirik ki, bu, təəssüf ki, final deyildi. Bizə, dünyanın ən yaxşı komandası ilə, “Real”la bir səviyyədə olan “Bayern”lə əla bir oyun keçirmək gərək olacaq.

Mən oyunçularımla və mövsümün necə keçdiyi ilə qürur duyuram. Bu, çətin bir oyun olacaq, biz birinci görüşün nəticəsi haqda unutmalıyıq, amma oyunun məzmunu haqda yox, çünki biz əla bir oyun keçirmişdik. Biz, bizə qarşı kimin dayandığını bilirik, bizə sadəcə olaraq əla bir oyun keçirmək gərəkdir”, deyə italyan mütəxəssis vurğulayıb.

“İnter” – “Bayern” oyunu bu gün, aprelin 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: