Simone İnzaqi: “Bayern”i ancaq belə oyunla keçmək olardı”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin evdə baş tutmuş “Bayern”lə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, Münhendəki ilk oyunda 2:1 hesablı qələbə qazanmış “İnter”, Milandakı cavab oyununda 2:2 hesablı heç-heçə ilə kifayətlənib.

Simone İnzaqi qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizə stadionumuzda nəhəng dəstək göstərmiş azarkeşlərimizlə birlikdə xoş bir gecə idi. Rəqib çox güclü idi, amma biz iki əla oyun keçirib üzgünlüklə mərhələni adlamaq istəyirdik. Biz güclü iradə nümayiş etdirdik, yaxşı oynadıq və bir-birimizi dəstəklədik: bu səviyyədəki komandanı ancaq beləcə məğlub etmək olar.
Birinci və ikinci oyunlarda buraxdığımız qollara münasibətim? Bu, bizim fikir aydınlığımızın xidmətidir, biz oyunun cilovunu itirmirdik, tarazlıq tapdıq, ardınca isə hesabda önə keçdik. Əvvəlcə hesab 2:2 oldu, oyunun sonluğu isə çox fəal olan “Bayern”in tərəfindən idi”, – “Sky Sport Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Ümumi hesabda (4:3) üstünlük saxlamış “İnter” Çempionlar Liqasının yarımfinalına adalayıb və “Barselona” ilə qarşılaşacaq. “Bayern” isə ümidlərini növbəti mövsümə bağlamağa məcburdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: