“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 5-ci turunda “Benfika” ilə səfər oyunundakı əzmkar heç-heçəni (3:3) şərh edib.
Arena.az “İnter”in 0:3 hesabından geri-dönüş etdiyi oyun haqda İnzaqinin fikirlərini diqqətinizə çatdırır:
“Oyuna zəif başladıq, toparlanmamız əskik idi, bunun əvəzini Çempionlar Liqasında ödəmək lazım gəlir. Birinci hissədən sonra toparlandıq ki, hər birimiz daha çox şey edə bilək. Çox yaxşı cavab verdik və hesabı bərabərləşdirə bildik. Mən müsbət cəhətləri qeyd edəcəyəm – bu, əla cavabdır. Bizim böyük komandamız var, yaxşı işləyirik və uğurdan həzz almaq istəyirik.
Ehtiyatımızda iki oyunla qrupu adlamaq fantastik idi, amma bu günün çətin olacağını bilirdik və belə də oldu. Oğlanlar əla əhval-ruhiyyəyə malikdirlər və zəif birinci hissədən sonra parlaq cavab verdilər. Biz əla komanda olduğumuzu göstərdik və oyunun sonunda qalibi aramağa baş vurduq. Cavabımızdan məmnunam. Biz hara getmək istədiyimizi bilirik və mən bütün heyətə arxalana biləcəyimi bilirəm”, deyə italyan mütəxəssis komandasından razılıqla danışıb.
Heç-heçə nəticəsində “İnter” 2 xal itirib, milanlıların 11 xalı var. Amma qrupun lideri “Real Sosyedad” da evdə “Zalsburq”un öhdəsindən gələ bilməyib (0:0) və indi İspaniya təmsilçisi 11 xalla “D” qrupunun lideri olsa da, bu, milanlılarla şərikli liderlikdir. Tərəflər mütləq lideri sonuncu, 6-cı turda Milanda müəyyən edəcəklər. “Zalsburq”un 4, “Benfika”nın isə 1 xalı var. Bu iki kollektiv də Avropa Liqasına uğrunda vəsiqənin taleyinə Avstriyadakı oyunda aydınlıq gətirəcək.


