Simone İnzaqi: “Daha yaxşısına layiq idik”

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalının Madrid “Atletiko”su ilə cavab oyunu haqda danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunumuz çox yaxşı keçdi, çünki fizika və texnikanı ehtiva edən komanda ilə qarşılaşdıq. Bu heç də asan deyildi. İndi bizi Madriddə daha bir çətin oyun gözləyir. Biz təəssüf edirik, çünki daha yaxşısına layiq idik. Madriddə dolu stadion “Atletiko”nu təhrik etməyə hazır olanda çətin olacaq, amma birincini qazandıqdan sonra qarşıdurmanın ikinci yarısına ən yaxşı şəkildə hazırlaşacağıq.

Bu altı ayda çox yaxşı çıxış etdik, amma ən vacib aylar mart və aprel aylarıdır. Uşaqlar eyni ruhda davam etməlidirlər. Onların necə məşq etdiklərini görmək xoşuma gəlir, amma bilirik ki, çətinliklər gələcək: gərgin oyunlar, yorğunluq. Bəzi futbolçular zədələnəcək. Amma biz indiki kimi işləməyə davam etməliyik”, deyə Simone İnzaqi “İnter”in mübariz ruhda kökləndiyini açıqlayıb.

Xatırladaq ki, “İnter” “Cüzeppe Meatsa”da keçirilmiş ilk oyunda “Atletiko” üzərində 1:0 hesablı qələbə qazanıb. “Döşəkçilər” cavab oyunu çərçivəsində “İnter”i Madriddə, “Sivitas Metropolitano”da martın 13-də qəbul edəcəklər.