Simone İnzaqi: “Finalda düşündüyümüz alınmadı”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesablı məğlubiyyətə aydınlıq gətirib.

Arena.az “One Football” dərgisinə istinadən, 49 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz oyuna pis başladıq, erkən qol buraxdıq və meydan boyunca dartıldıq ki, bu səbəbdən də PSJ-nin işi asanlaşdı. Bu ağır məğlubiyyət bizə nəhəng acı gətirir, amma o bizim, finala qədər etdiklərimizin üstündən xətt çəkmir.

Biz həqiqətən də uzun oynamağa cəhd etdik, amma onlar ikinci topda da güclü idilər. Buraxdığımız birinci qoldan sonra biz pərən-pərən düşdük. Əlbəttə, biz daha yaxşı, texnikalı, ötürmələrdə təmiz oynaya bilərdik, amma bizim, bu axşam nəzərdə tutduqlarımızı gerçəkləşdirməyimiz alınmadı”, deyə Simone İnzaqi məyusluqla bildirib.

Xatırladaq ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: