İtaliya nəhəngi “İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının PSJ ilə final oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, 49 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Hər oyun – ayrıca bir tarixçədir. Biz hər bir xüsusu xüsusilə ətraflı nəzərə almağa çalışmışıq. Bütün oyunçularım sıradadırlar – müvafiq hal cari mövsümdə demək olar ki, olmayıb. Bu, mənim istəyə biləcəyimdən daha yaxşıdır. Komandada böyük əminlik hökm sürür.
Biz meydana istək və qətiyyətlə çıxmalıyıq. Qətiyyətlə, vəsvəsə ilə deyil. Bax, əsas məqam elə, bundadır. Biz finala çıxmaq üçün çox çətin bir yol keçmişik. Biz dayanmaq istəmirik, oyunçlarım bunu bilirlər.
Çempionlar Liqasının finalını qazanmaq üçün hər şey gərəkdir. Biz hər xırdalığa diqqət ayırırıq. Biz, finala çıxmağına layiq güclü bir komanda ilə qarşılaşacağıq. PSJ inanılmaz güc-qüvvəyə malikdir və onların əla məşqçisi də var ki, mən ona bir mütəbbi və bir insan olaraq hörmət bəsləyirəm”, deyə Simone İnzaqi vurğulayıb.
Xatırladaq ki, PSJ – “İnter” oyunu bu gün, mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


