Simone İnzaqi: “Tərtibat yox, oyunçular önəmlidir”

“İnter”in baş məşqçisi Simone İnzaqi ÇL-in 1/8 finalında Madrid “Atletiko”su ilə qarşıdakı səfər oyunundan gözləntilərini paylaşıb.

Arena.az “Inter Xtra” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Dieqo Simeonenin nə edəcəyini təxmin edə bilmərəm. Onlar bizimlə eyni sistemdə oynayırlar. Amma bəzən bu, dəyişir. Ancaq tərtibat önəmli deyil, oyunçular önəmlidir. Böyük komandam olduğu üçün bəxtəvərəm. Biz vacib bir oyun oynamaq və yolumuza davam etmək istəyirik”, deyə Simone İnzaqi bildirib.

Xatırladaq ki, Milanda keçirilmiş ilk oyunda “İnter” “döşəkçilər” üzərində 1:0 hesablı qələbə qazanıb.

Cavab oyunu bu gün, martın 13-də Madriddə baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: