Simone İnzaqi: “Tarix yazmaq imkanımız var”

İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bildirib.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qarşıda necə bir oyun keçirməli olduğumuzu anlayırıq. “Mançester Siti”nin yüksək səviyyəli komanda olduğunu bilirik. Bu, məhz indi dünyanın ən yaxşı komandasıdır.

Bu mərhələdə olmağımızdan qürur duyuruq. Biz bütün gücümüzü ortaya qoyacağıq. Tam köklənərək oynayacağıq. Səhvlərə yol verməmək, onları məhdudlaşdırmaq lazımdır.

Bu, mövsümün 57-ci oyunudur. Çox uzun bir mövsümdür. Eniş-yoxuşları da oldu. Uğursuzluqlar olanda biz artırır və tərəqqi edirdik.

Biz məğlubiyyətlərimizdən dərs alıb nəticə çıxarırdıq. Futbolçularım səylə çalışırdılar. Səy və çalışqanlıq bizi bu məqama gətirib çıxardı. Bizim tarix yazmaq imkanımız var. Qalib gəlmək fövqəladə dərəcədə çətin olacaq, ancaq biz bunun gerçəkləşməsi üçün birlikdə çalışacağıq”.

Xatırladaq ki, Çempionlar Liqasının finalı çərçivəsində keçiriləcək “İnter” – Mançester Siti” oyunu sabah – iyunun 10-da İstanbulun “Atatürk Olimpiya Stadionu”nda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.