“İnter”in baş məşqçisi Simone İnzaqi ÇL-in 1/8 final mərhələsinin cavab oyununda Madrid “Atletiko”suna məğlubiyyətini şərh edib.
Arena.az xatırladır ki, ilk oyunda evdə 1:0 hesablı qələbə qazanmış “İnter” cavab oyununda 1:2 hesabı ilə məğlub olaraq, paneltilər silsiləsinə sürrüklənib və burada da uduzaraq (2:3) yarışda iştrakına xitam verib.
“Biz bütün “İnter” ailəsi ilə məyusuq. Bu Çempionlar Liqasında etdiklərimizlə fəxr etməliyik. Ancaq ikinci hissədə fərqli nəticə əldə etmək üçün bu gün daha yaxşı çıxış etməli idik. Əlavə vaxtda daha çox gücümüz vardı, amma təəssüf ki, çoxlu səhvlərə yol verdik və başqa cür oynaya bilmədik.
Dimarkonun qolundan sonra oyun bizim əlimizdə idi, amma “Atletiko” tez bir zamanda daha çox güc və inamla qayıtdı. Uduzmağa öyrəşməmişik, amma indi çox məyusuq. Biz hamımız başa düşürük ki, kiçik təfərrüat müvafiq səviyyədə bütün fərqi yarada bilər və hər şey ola bilər. Buna rəğmən, futbolçularıma qarşı heç bir iddia irəli sürə bilmərəm. Onlar əllərindən gələni etdilər”, – Simone İnzaqi matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.


