Almaniya milli komandasının sabiq futbolçusu Şkodran Mustafi karyerasını İspaniyada davam etdirəcək. Arena.az xəbər verir ki, 29 yaşlı müdafiəçi “Levante” klubuna keçib.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mustafi ilə 2 illik müqavilə imzalanıb.
Şkodran Mustafi bu ilin əvvəlindən Almaniyanın “Şalke” klubunda çıxış edirdi. Lakin o, geridə qalan mövsüm bitəndən sonra elitanı tərk edən bu komandadan ayrılmış və azad agent statusuna yiyələnmişdi.
Almaniya yığmasında 20 oyuna çıxan müdafiəçi, daha əvvəl İspaniyada “Valensiya”, İngiltərədə “Arsenal”, İtaliyada “Sampdoriya”, Almaniyada “Hamburq” klublarında çıxış edib.


