Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edəcək “Sabah” mərakeşli mərkəz müdafiəçisi Sofian Çakla ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçunun mövsümün sonunda başa çatmış müqaviləsi yenilənməyib. Paytaxt təmsilçisi Çaklaya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Sofian Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
“Sabah” daha öncə Şakir Seyidov, Con İrasabal, Namiq Ələsgərov və Vensan Till ilə də yollarını ayırmışdı. Gedənlərin əvəzində Akim Zedadka və Stiv Solvet heyətə cəlb edilib. Rüstəm Samiqullin, Fəxri Məmmədli və Rauf Rüstəmli isə icarədən qayıdıblar. Rəhman Daşdəmirov, Stas Pokatilov və Anatoli Nuriyevlə də yeni müqavilə imzalanıb.


