İspaniyanın “Atletiko” klubu müdafiəçisi Stefan Saviç ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı müdafiəçi ilə 3 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Stefan Saviç 2015-ci ildən “Atletiko”da oynayır. Monteneqro yığmasının da üzvü olan futbolçu, daha öncə “Fiorentina”, “Mançester Siti”, “Partizan”, və “Borça” kimi klubların da formasını geyinib.


