Stefano Pioli: “Biz “Milan”ıq, iddialarımız var”

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının pley-off mərhələsində “Renn”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az “Milan News” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir.

Stefano Pioli Fransa təmsilçisi üzərindəki inamlı qələbə (3:0) barədə bunları dilə gətirib:

“İkinci oyunda üstünlük əldə etmək istəyirdik və buna nail olduq, amma bunun bununla bitməyəcəyini də bilirik. Futbolçularıma tam sərbəstlik verirəm, iki, üç əsasnamə verirəm, sonra isə onlar meydanda, xüsusən də istedadlılar, məqsədə çatmaq üçün dərk edib, səy göstərərək hiss etməli və oynamalıdırlar.

Komandam finala yüksələcəkmi? Biz “Milan”ıq, iddialarımız var. Biz qalib gəlmək imkanımız cəmi beş faiz olan altıncı favoritik, qarşıda çoxları var. Biz yalnız cavab oyunu haqqında, sonra isə oyundan-oyuna, sona çatmaq üçün bütün mərhələrdən keçməyi düşünürük”, deyə bildirib.

Xatırladaq ki, tərəflər arasında cavab oyunu fevralın 22-də baş tutacaq. Komandalar Fransanın Renn şəhərindəki “Roazon Park” stadionunda qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: