Stoykoviç: “Danimarka ilə oyunda qələbə – yeganə seçimimizdir”

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Danimarka yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, serb mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Danimarkalılar – yaxşı komandadır, yüksək keyfiyyətli oyunçulardır, böyük yarışların daimi iştirakçılarıdır. Ancaq onlarla mübarizə çətin deyil və bizim məqsədimiz onları məğlub etməkdir. Bu, asan olmayacaq, amma taleyimizi həll etmək imkanına sahibik.

Danimarka yığmasının Sloveniya və İngiltərə yığmaları ilə oyunlarını izlədik və təhlil etdik. Biz hər şeyi edəcəyik və son damla tərimizi meydanda qoyacağıq. Qələbə – bizim üçün yeganə seçimdir”, deyə Stoykoviç vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “C” qrupunun Danimarka – Serbiya oyunu bu gün, iyunun 25-də Münhenin “Alyans Arena” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “C” qrupunun mənzərəsi belədir:

  1. İngiltərə – 4 xal
  2. Danimarka – 2 xal
  3. Sloveniya – 2 xal
  4. Serbiya – 1 xal
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: