“Sumqayıt” “Gənclərbirliyi” üzərində qələbəyə sevindi

Yeni mövsümə Ankaranın Qızılcahamam bölgəsində hazırlaşan “Sumqayıt” bu gün Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Türkiyənin Birinci Liqasında mübarizə aparan “Gənclərbirliyi” ilə qarşılaşıb.

Oyun Azərbaycan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 1:0. Yeganə qolun müəllifi Cordan Rezabala olub.

Xatırladaq ki, sumqayıtlılar Ankaradakı ilk yoxlama matçını iyulun 7-də Rusiyanın “Orenburq” komandasına qarşı keçirmiş və 1:2 hesabıyla məğlub olmuşdular. Komanda iyulun 16-da Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor”la da qarşılaşacaq.

Xatırladaq ki, “Sumqayıt” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Bu komanda sözügedən turnirin 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.

Yoxlama oyunu
12 iyul

Sumqayıt – Gənclərbirliyi 1:0
Qol: Cordan Rezabala, 35.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: