Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandası bu gün “İmişli” ilə yoxlama matçında üz-üzə gəlib.
Arena.az xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.
Tərəflərin bütün cəhdlərinə baxmayaraq, qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.
Xatırladaq ki, bu, “gənclik şəhəri” təmsilçisinin yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyunu idi. Sözügedən kollektiv bu oyunla yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub. Komanda bir günlük istirahətin ardından Qəbələ şəhərinə yola düşərək avqustun 8-dək təlim-məşq toplanışını orada davam etdirəcək.
“İmişli” isə daha öncə “Araz-Naxçıvan”ın əvəzedici komandası ilə qarşılaşmış və 2:1 hesablı qələbəyə sevinmişdi.
“İmişli” yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.


