“Sumqayıt” “Orenburq” və “Gənclərbirliyi” ilə qarşılaşacaq

“Sumqayıt”ın Ankaradakı təlim-məşq toplanışında keçirəcəyi 2 yoxlama oyununda rəqiblərinin kimliyinə aydınlıq gəlib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”la üz-üzə gələcəklər. Bu komanda iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

“Sumqayıt”ın Türkiyədə bütövlükdə üç yoxlama oyunu keçirməsi gözlənilir. Digər rəqibin kimliyi barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, Sumqayıtın eyniadlı klubu bu il Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Sözügedən komanda bu turnirin 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: