Super Liqa: “Beşiktaş” Rizədə 4 cavabsız qolla qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün dekabr ayından təxirə salınmış 16-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Alanyaspor” – “Ankaragücü” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Pendikspor” doğma meydanda “Antalyaspor”a məğlub olub.

“Başakşəhər” səfərdə “Kasımpaşa”ya, “Beşiktaş” isə “Rizəspor”a böyük hesabla qalib gəlib.

16-cı turun qalan görüşləri 10-11 yanvarda keçiriləcək.

Türkiyə, Super Liqa
16-cı tur
9 yanvar

Alanyaspor – Ankaragücü 1:1
Qollar: Balkoveç, 48 – Radakoviç, 68.

Pendikspor – Antalyaspor 0:1
Qol: B.Öztürk, 19.

Kasımpaşa – Başakşəhər 0:3
Qollar: S.Gürlər, 24. Keni, 54. Opoku, 68.

Rizəspor – Beşiktaş 0:4
Qollar: Raşiça, 4. S.Kılıçsoy, 45; 47. C.Tosun, 79.

10 yanvar

18:00. Hatayspor – Qaziantep
18:00. Fatih Karagümrük – Kayserispor
21:00. Adana Dəmirspor – İstanbulspor
21:00. Fənərbaxça – Konyaspor

11 yanvar

18:00. Sivasspor – Qalatasaray
21:00. Trabzonspor – Samsunspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: