Super Liqa: Dzeko İkardini geridə qoydu

Türkiyə çempionatının (Super Liqa) 2023/2024 mövsümünün 14-cü turunun oyunları bombardilər siyahısında dəyişikliklərə səbəb olub.

Arena.az məlumat verir ki, son oyun günüdə “Fənərbaxça”nın öz evində “Sivasspor”u 4:1 hesabı ilə məğlub etdiyi oyunda bir qol ilə yadda qalan Edin Dzeko bombardirlik siyahısında “Qalatasaray”ın hücumçusu Mauro İkardini geridə qoyaraq zirvədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü, “Hatayspor”un mərkəz hücumçusu Renat Dadaşov Super Liqa çərçivəsində meydana çıxdığı 9 oyunda 4 qola imza atıb.

Bombardirlik sıralaması:

  1. Edin Dzeko (Fənərbaxça) – 12 qol
  2. Mauro İkardi (Qalatasaray) – 11 qol
  3. Mame Tiyam (Kayserispor) – 9 qol
  4. Aytaç Kara (Kasımpaşa) – 9 qol
  5. Sebastyan Şimanski (Fənərbaxça) – 7 qol
  6. Mbaye Niyanq (Adana Dəmirspor) – 6 qol
  7. Duşan Tadiç (Fənərbaxça) – 6 qol
  8. Paul Onuaçu (Trabzonspor) – 6 qol
  9. İrfan Can Kahveci (Fənərbaxça) – 6 qol
  10. Adam Buksa (Antalyaspor) – 5 qol
  11. Saqiv Şihezkel (Antalyaspor) – 5 qol

Nihad Əsədov

Xəbəri sosial şəbəkələrdə paylaş: