Super Liqa: “Fənərbaxça” “Konyaspor”a 7 qolla qalib gəldi

Bu gün Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün dekabr ayından təxirə salınmış 16-cı turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Hatayspor” – “Qaziantep” matçı qolsuz bitib. Bu oyunun ikinci hissəsində meydana çıxan Hatay klubunun və Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 45 dəqiqə oynasa da, fərqlənə bilməyib.

Dörd qolun vurulduğu “Adana Dəmirspor” – “İstanbulspor” matçında da qalib müəyyənləşməyib. Bu oyunda da meydan sahiblərinin heyətində milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə oynayıb.

“Fatih Karagümrük” doğma meydanda “Kayserispor”a böyük hesabla qalib gəlib. Lider “Fənərbaxça” isə “Konyaspor”la ev oyununda rəqibi üzərində əzici hesabla qələbə qazanıb.

16-cı turun qalan görüşləri sabah – yanvarın 11-də keçiriləcək.

Türkiyə, Super Liqa
16-cı tur
9 yanvar

Alanyaspor – Ankaragücü 1:1
Qollar: Balkoveç, 48 – Radakoviç, 68.

Pendikspor – Antalyaspor 0:1
Qol: B.Öztürk, 19.

Kasımpaşa – Başakşəhər 0:3
Qollar: S.Gürlər, 24. Keni, 54. Opoku, 68.

Rizəspor – Beşiktaş 0:4
Qollar: Raşiça, 4. S.Kılıçsoy, 45; 47. C.Tosun, 79.

10 yanvar

Hatayspor – Qaziantep 0:0

Fatih Karagümrük – Kayserispor 4:1
Qollar: Roden, 23; 38; 41. Lasanya, 52 – Morte, 45+2.

Adana Dəmirspor – İstanbulspor 2:2
Qollar: Barasi, 29. Qravillon, 78 – Vorobyovas, 80. Duhaney, 84.

Fənərbaxça – Konyaspor 7:1
Qollar: Dzeko, 11-pen; 32; 40. M.Müldür, 42. Şimanski, 44. Batşuayi, 63. U.Yazgili, 83-öz qapısına – Gilyerme, 90.

11 yanvar

18:00. Sivasspor – Qalatasaray
21:00. Trabzonspor – Samsunspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: