Super Liqa: Renat Dadaşova ehtiyac duyulmadı

Futbol üzrə İsveçrə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Lozanna Uşi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, Renatın “Qrasshopper”dən ayrılması gündəmdədir. Onun Türkiyənin “Trabzonspor” və “Hatayspor” klubundan, həmçinin başqa bir neçə komandadan sərfəli təkliflər aldığı bildirilir. Dadaşovun son çempionat matçında iştirak etməməsinin də məhz başqa kluba transferi ilə bağlı olduğu istisna edilmir.

Ardıcıl üçüncü məğlubiyyətinə üzülən “Qrasshopper” 6 turdan sonra 4 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: