Tarixdə ən ödənişli idmançıların onluğu açıqlandı

Nüfuzlu şimaliamerikan nəşri “Sportico” tarixdə karyeraları ərzində ən ödənişli idmançılardan ibarət onluğu ictimaiyyətə açıqlayıb.

Arena.az məlumat verir ki, siyahı inflyasiya amili nəzərə alınmaqla tərtib edilib.

Tarixdə ən ödənişli idmançıların onluğunu təqdim edirik:

  1. Maykl Cordan (basketbol) – 4,15 milyard ABŞ dolları;
  2. Tayger Vuds (qolf) – 2,79 milyard ABŞ dolları;
  3. Kristiano Ronaldo (futbol) – 2,23 milyard ABŞ dolları;
  4. Lebron Ceyms (basketbol) – 1,88 milyard ABŞ dolları;
  5. Lionel Messi (futbol) – 1,85 milyard ABŞ dolları;
  6. Arnold Palmer (qolf) – 1,82 milyard ABŞ dolları;
  7. Cek Niklaus (qolf) – 1,75 milyard ABŞ dolları;
  8. Devid Bekhem (futbol) – 1,61 milyard ABŞ dolları;
  9. Rocer Federer (tennis) – 1,59 milyard ABŞ dolları;
  10. Floyd Meyvezer (boks) – 1,52 milyard ABŞ dolları.

Vurğulayaq ki, siyahının təqdimatı zamanı idmançıların əməkhaqqı, əlavə üstəlikləri, mükafatları, qonorarları, idman müqavilələri, lisenziyalardan əldə edilmiş gəlirləri və s. qazancları nəzərə alınıb.
“Santos”un və Braziliya millisinin 33 yaşlı ulduz hücumçusu Neymar ilk onluğa düşə bilməsə də, əllilikdə yer alıb və karyerası ərzində 1,17 milyard ABŞ dolları məbləğində qazancla 14-cü pillədə qərarlaşıb.

Əlavə edək ki, əllilikdə ancaq dörd futolçu – Kristiano Ronaldo, Lionel Messi, Devid Bekhem və Neymar yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: