Taşkın, Hamdaui və Gerye də “Zirə”dən getdi – Rəsmi

Zirə” daha dörd futbolçusu – Ruslan Abışov, Sərtan Taşkın, Məhəmməd HamdauiDonald Gerye ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyunçularla klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Tərəflər yeni sözləşmə bağlamaq istəmədikləri üçün vidalaşıblar. “Zirə” PFK futbolçulara klub üçün göstərdikləri xidmətə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Ruslan Abışovun “Zirə”dən ayrıldığı bir neçə gün öncədən bəlli idi. Belə ki, o, sosial şəbəkə hesabı vasitəsilə paytaxt klubu ilə vidalaşdığını açıqlamışdı. Digər oyunçuların klubdan göndərilməsi isə gündəmdə yox idi.

Ruslan Abışov 2021-ci ilin iyul ayından paytaxt təmsilçisinin formasını geyinirdi. 35 yaşlı müdafiəçi bu komandada cəmi 4 matça çıxıb və daha çox ehtiyatda qalıb.

Donald Gerye “Zirə”yə bu ilin yanvar ayında cəlb olunmuşdu. Haitidən olan 34 yaşlı sol cinah müdafiəçisi bu komandada cəmi 10 oyun keçirib.

Sərtan Taşkın 2020-ci ilin yayından “Zirə”nin uğurları üçün çalışırdı. Azərbaycan millisinin də üzvü olan 25 yaşlı sağ cinah müdafiəçisi qəsəbə təmsilçisində 85 oyuna çıxıb, 5 qol və 4 assistlə yadda qalıb.

Məhəmməd Hamdaui “Zirə”yə 2021-ci ilin iyulunda qoşulmuşdu. Niderland və Mərakeş vətəndaşlığına malik 30 yaşlı yarımmüdafiəçi Azərbaycan klubunun heyətində 66 oyun keçirib. O, bu görüşlərdə 5 qol və 12 assistlə yadda qalıb.

Xatırladaq ki, “Zirə” daha öncə Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu və Cəlal Hüseynovla da yollarını ayırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: