Azərbaycan şahmatçısıları, milli komandamızın liderləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov FİDE reytinqində irəliləyiblər.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün yeni reytinq siyahısını açıqlayıb.
Ötən ay olduğu kimi, iyul ayının reytinq siyahısında da ilk “10-luq”da Azərbaycan təmsilçisi yer almayıb.
Amma Teymur Rəcəbov (2747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2742 xal) da 15-ci pillədən 14-cü yerə yüksəlib.
Digər şahmatçılarımızdan yalnız Qədir Hüseynov bu siyahıda yer ala bilib. Hazırda 2661 xalı olan şahmatçımız 3 pillə irəliləyərək 8-ci sıraya yüksəlib.
Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2835) başçılıq edir. Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan Hikaru Nakamura (2787) ikincidir. Digər ABŞ təmsilçisi Fabiano Karuana (2782) isə üçüncü sırada qərarlaşıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2448 xalla 25-cı pilləyə yuvarlanıb. Ülviyyə Fətəliyeva (2401) 53-cü sıradakı mövqeyini qoruyub. Xanım Balacayeva (2368) bir pillə irəliləyib və 79-cu sırada qərarlaşıb. Gülnar Məmmədova (2357) 86-cı, Gövhər Beydullayeva (2355) isə 92-ci pillədədir.
Qadınların reytinqinə çinli Hou Yifan başçılıq edir – 2628 xal. Çinin digər təmsilçisi Venyun Ju (2564) ikincidir. Rusiyadan olan Aleksandra Qoryaçkina isə üçüncü sırada qərarlaşıb.


