Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən daha bir boksçumuz mübarizəyə qoşulub.
81 kq çəki dərəcəsində yer alan Alfonso Dominqes ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges 1/4 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan boksçularından daha əvvəl Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/8 finala vəsiqə qazanıb. Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayor (69 kq) isə mübarizəni dayandırıb.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


