Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarındakı futbol yarışlarının püşkü atılıb.
Arena.az xəbər verir ki, ilkin mərhələdə 16 komanda hərəsi dörd komandadan ibarət dörd qrupda mübarizə aparacaq.
Turnirin iddialı komandalarından İspaniya Argentina ilə birlikdə C qrupunda mübarizə aparacaq. Almaniya və Braziliya seçmələri isə D qrupunda qərarlaşıb.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb.
A qrupu: Yaponiya, CAR, Meksika, Fransa
B qrupu: Yeni Zelandiya, Cənubi Koreya, Honduras, Rumıniya
C qrupu: Misir, İspaniya, Argentina, Avstraliya
D qrupu: Braziliya, Almaniya, Kot d İvuar, Səudiyyə Ərəbistanı



