Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”dən Edin Visçanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
“Trabzonspor” Visça üçün “Başakşəhər”ə 4.3 milyon avro ödəyəcək. Futbolçu özü isə 3.5 il ərzində bütövlükdə 5 milyon 250 min avro qazanacaq. Yarımmüdafiəçinin mövsümlər üzrə qazancı aşağıdakı kimi olacaq:
2021/22: 750 min avro
2022/23: 1.5 milyon avro
2023/24: 1.5 milyon avro
2024/25: 1.5 milyon avro
Edin Vişça 2011-ci ildən “Başakşəhər”də çıxış edirdi. Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi bu komandadakı 11 illik karyerası dönəmində 397 matça çıxıb, 110 qol vurub. O, İstanbul təmsilçisinin heyətində bir dəfə Türkiyə çempionu da olub.


