Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Union Berlin” klubundan Timoteuş Puxaçı transfer edib.
Bu barədə Trabzon təmsilçisinin baş məşqçisi Abdullah Avcı yerli mətbuata açıqlamasında deyib. O, 22 yaşlı sol cinah müdafiəçisi ilə bütün məsələlərdə razılığa gəldiklərini bildirib. Futbolçu tezliklə Türkiyəyə gələrək, klubla rəsmi müqavilə imzalayacaq. Müdafiəçi Super Liqa təmsilçisi tərəfindən mövsümün sonuna kimi icarəyə götürülüb.
Timoteuş Polşa milli komandasının da üzvüdür. Müdafiəçi bu mövsüm “Union Berlin”də 7 oyuna çıxıb. Almaniya klubu onu bu mövsümün əvvəlində Polşa “Lex”indən 3.5 milyon avroya transfer edib. Puxaç “Lex”də olduğu dövrdə “Zaqlembe” və “Katoviçe” komandalarında icarədə də oynayıb.

“Trabzonspor” öz yarımmüdafiəçisi Abdulkadir Parmakla da yollarını ayırıb. Klubla 2023-cü ilin yayına qədər müqaviləsi olan futbolçu 2016-cı ildən Trabzon təmsilçisinin uğurları üçün çalışırdı. O, bu mövsüm cəmi 5 matça çıxıb.



