Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Alanyaspor”dan Manolis Siopisi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Manolis Siopis Yunanıstan milli komandasının da üzvüdür. O, 2019-cu ildən “Alanyaspor”da çıxış edirdi. Yarımmüdafiəçi daha öncə “Aris”, “Panionios”, “Olimpiakos” və “Platanias” kimi klubların da formasını geyinib.


