“Trabzonspor”da Abdülkadir Ömür və Umut Bozoka cəza

Türkiyənin “Trabzonspor” klubu iki futbolçusunu – Abdülkadir Ömür və Umut Bozoku əsas komandadan kənarlaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə Trabzon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçunun bundan sonra əsas komandadan ayrı məşq edəcəkləri vurğulanıb: “Peşəkar futbolçularımız Abdülkadir Ömür və Umut Bozokun gələcəkdə əsas komandadan ayrı məşq etmələri qərara alınıb. Bundan əlavə, klubumuzun nizam-intizam qaydaları çərçivəsində iki futbolçuya qarşı istintaq başladılıb”.

Xatırladaq ki, Trabzon klubunun futbolçularını cəzalandırma səbəbi açıqlanmır. Hətta baş məşqçi Abdullah Avcı da Türkiyə Kuboku çərçivəsində “Manisa”ya qarşı keçirdikləri oyundan (3:1) sonrakı mətbuat konfransında bu iki oyunçunun heyətdə yer almamasının dəqiq səbəbini bilmədiyini, bununla bağlı rəhbərliklə söhbət edəcəyini açıqlamışdı.

“Trabzonspor”un yetirməsi olan 24 yaşlı Abdülkadir Ömür, bu klubun əsas komandasının heyətində meydana çıxdığı 211 maçtda 25 qol vurub, 36 məhsuldar ötürmə edib. O, Türkiyə milli komandasında da 12 oyun keçirib.

Umut Bozok isə 2022-ci ildə Fransanın “Loryan” klubundan “Trabzonspor”a keçib. Trabzon təmsilçisinin heyətində 41 maçtda meydanda olan 27 yaşlı mərkəz hücumçusu, 10 qol vurub, 3 məhsuldar ötürmə verib. Bozok Türkiyədə bir mövsüm “Kasımpaşa”nın da uğurları üçün çalışıb. Türkiyə millisində cəmi 1 matç keçirmiş hücumçu Fransada “Olimpik” (Nim), “Loryan”, “Trua” kimi klublarda forma geyinib.

Xatırladaq ki, Umut Bozokun “Trabzonspor”la 2025-ci ilin, Abdulkadir Ömürün isə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: