“Trabzonspor”da daha bir futbolçu koronavirusa yoluxdu

Türkiyənin “Trabzonspor” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

COVİD-19 testi pozitiv çıxan futbolçunun adı açıqlanmayıb. O da karantinə alınıb.

Bununla da Trabzon təmsilçisində koronavirusa yoluxmuş oyunçuların sayı yeddiyə çatıb. Futbolçularla yanaşı, klubun 1 əməkdaşının da infeksiyaya yoluxduğu açıqlanıb.

Qeyd edək ki, “Trabzonspor” fevralın 19-da Super Liqanın 26-cı turu çərçivəsində səfərdə “Başakşəhər”lə qarşılaşacaq.