“Trabzonspor”da koronavirusa yoluxanların sayı 10-a çatdı

Türkiyənin “Trabzonspor” klubunda koronavirusa yoluxanların sayı 10-a çatıb.

Arena.az xəbər verir ki, Super Liqa təmsilçisinin daha bir əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.

Daha öncə Trabzon klubunda 7 futbolçu və 2 işçinin koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, “Trabzonspor” bu gün Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində səfərdə “Başakşəhər”lə qarşılaşacaq.