Bu ilin yayında Türkiyənin “Trabzonspor” klubundan azad agent kimi ayrılmış mərakeşli vinger Montasser Lahtimi özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu azad agent qismində Küveyt təmsilçisi “Kazma”ya keçib.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Gənc oyunçu ilə müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
“Trabzonspor”a 2022-ci ilin avqustunda Mərakeşin “Rabat” klubundan gəlmiş Lahtimi, Türkiyə komandasında cəmi 10 matça çıxıb. “Trabzonspor” 600 min avroya transfer etdiyi Lahtimini ötən mövsüm Mərakeşin “Vidad” komandasına icarəyə də vermişdi. Bu ilin yayında isə klub futbolçu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmişdi.
Montasser Lahtimi Mərakeşin U-17, U-20 və U-23 yığmalarında çıxış edib, amma əsas yığmada debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.


