Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 19-cu tur çərçivəsində “Havadar”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0. Yeganə qolu 90+1-ci dəqiqədə Qustavo vurub.
Xatırladaq ki, “traktorçular” bundan əvvəlki turda “Fulad”ı da 90+9-cu dəqiqədə vurduqları yeganə qolla üstələmişdilər.
19 turdan sonra 32 xala malik “Traktor” 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını fevralın 13-də doğma meydanda “Aluminium Arak” komandasına qarşı keçirəcək.


