Tural Bayramlı “Turan Tovuz”da – Rəsmi

“Araz-Naxçıvan”dan ayrılan hücumameyilli yarımmüdafiəçi Tural Bayramlı bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib. Tovuz təmsilçisi yarımmüdafiəçi Tural Bayramlının transferini yekunlaşdırıb. 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

“Tural Bayramlı” 2023-cü ilin avqust ayından “Araz-Naxçıvan”da çıxış edirdi. 26 yaşlı futbolçu bu komandanın heyətində 32 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. O, karyerasl ərzində ölkəmizdə “Səbail”, “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”) və “Zirə”nin də formasını geyinib. Yarımmüdafiəçi Latviyanın “Dauqavpils” və Yunanıstanın “Pierikos” klubunda legioner həyatı da yaşayıb.

“Turan Tovuz” daha öncə Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con və Faiq Hacıyevlə də yeni müqavilə imzalandığını açıqlamışdı. Elçin Qasımov isə icarədən qayıdıb.

Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”), Aydın Bayramov (“Zirə”) və Belaydi Pusi (“Şamaxı”) də komandanı tərk edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: