“Səbail” müdafiəçisi Turan Manafov ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Turan Manafov 2019-cu ilin yayından “Səbail”də çıxış edir.
Paytaxt klubunda daha öncə Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov, Rauf Əliyev, Adil Nağıyev, Rahid Əmirquliyev, Kamran Ağayev, Mirsayib Abbasov və Elçin Rəhimli ilə də yeni müqavilə imzalanmışdı.


