“Araz-Naxçıvan”ın sol cinah müdafiəçisi Turan Manafov futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 24-cü turuna təsadüf edib.
Turan “Zirə” ilə ev görüşündə (0:3) 100-ə çatıb. Debütü 2018/2019 mövsümünə təsadüf edən arxa xətt oyunçusunun ilk komandası “Sumqayıt” olub.
Manafov “Gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 (3 qol) oyun keçirib.
Xatırladaq ki, Turan Manafov bu mövsümün əvvəlindən, 2023-cü ilin iyul ayından “Araz-Naxçıvan”ın uğurları üçün çalışır. 25 yaşlı futbolçu Naxçıvan təmsilçisinin heyətində bütövlükdə 27 oyuna çıxıb, 3 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Səbail”, “Qarabağ”, “Sumqayıt” və “Olimpiakos” (Volos) kimi klublarda da forma geyinib.
Manafov Azərbaycanın U-21 yığmasında 8 oyun keçirsə də, əsas millimizdə debüt şansı qazanmayıb.


