“Turan Tovuz” Rumıniya klubu ilə oynayası olmadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” komandasının yoxlama oyunlarından biri ləğv edilib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tovuz klubunun Rumıniya təmsilçisi “Hermanştadt”la yoxlama oyunu ləğv edilib. Bu, tərəflərin qarşılıqlı razılığı əsasında olub.

Qeyd edək ki, “Hermanştadt”la matç yanvarın 10-da keçirilməli idi.

Bu üzdən də tovuzlular böyük ehtimalla Antalyada bir yoxlama oyunu ilə kifayətlənəcəklər. Həmin yoxlama görüşü yanvarın 17-də keçiriləcək. Rəqib isə Polşa təmsilçisi “Poqon” olacaq.

Qeyd edək ki, mövsümün qalan hissəsinə Antalyanın Belek bölgəsində hazırlaşan Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın təlim-məşq toplanışı yanvarın 18-də başa çatacaq.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 16 turundan sonra 27 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 15 oyunda 8 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət görüb. Komandanın “Qəbələ” ilə təxirə salınmış oyunu da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: