“Turan Tovuz” Türkiyə toplanışını 3 məğlubiyyətlə başa vurdu

2023/2024 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün Antalyada üçüncü və sonuncu yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov komandasını Özbəkistanın “Nasaf” kollektivi ilə matçda sınayıb.

“Turan”ın “Nasaf”la oyun üçün start heyəti belə olub: 85. Kamal Bayramov (k), 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 5. Roderik Miller, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 10. Xəyal Nəcəfov, 2. İsmayıl Zülfüqarlı, 25. Denis Marandiç, 7. Paçu Lira, 80. Otto Con.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 21. Aleks Souza, 88. Faiq Hacıyev, 3. Tərlan Quliyev, 97. Sadiq Şəfiyev, 57. Cavid Qasımov.

Altı qolun qeydə alındığı bu qarşılaşma rəqibin qələbəsi ilə bitib – 4:2. Tovuz klubunun qollarını İsmayıl Zülfüqarlı və Roderik Miller vurublar.

Xatırladaq ki, tovuzlular Antalyada hazırlıq çərçivəsində Rumıniya təmsilçisi “Voluntari”yə və Macarıstanın “Şiofok” komandasına da 0:2 hesabıyla uduzmuşdular.

“Turan Tovuz” bu gün keçirdiyi iki yoxlama oyunu ilə Antalya toplanışına yekun vurub. Komanda Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Kəpəz”in qonağı olacaq. Bu oyun yanvarın 22-də baş tutacaq. Sözügedən kollektiv 22 xalla 7-ci sırada qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: