Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxmalı idi.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Antalyada Rumıniyanın “Voluntari” komandası ilə qarşılaşmalı idi.
Matç bu gün Bakı vatı ilə saat 17:00-da başlamalı idi. Lakin bu yoxlama oyunu təxirə salınıb. Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Matçın təxirə salınmasına bölgədəki əlverişsiz hava şəraiti səbəb olub.
Tovuzluların “Voluntari” ilə sınaq matçının sabah keçiriləcəyi vurğulanıb. Oyuna saat 17:00-da start veriləcək.
Sonda onu da xatırladaq ki, “Turan Tovuz” Antalyada daha iki yoxlama oyunu keçirəcək. Komanda yanvarın 15-də Macarıstan “Şiofok”u və Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.


