U-19 millimiz Belarusa 1:6 hesabıyla uduzdu

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) ilk yoxlama görüşünə çıxıb.

Arena.az xəbər verir ki, U-19 yığmamız Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Belarus yığmasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 53-cü dəqiqədə Kənan Feyziyev vurub.

Qeyd edək ki, bu komandalar oktyabrın 13-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.

Xatırladaq ki, baş məşqçi Elxan Abdullayev bu toplanışa 20 futbolçu cəlb edib:

  1. Sadiq Məmmədzadə – Qarabağ
  2. Səlim Həşimov – Zirə
  3. Hüseyn Hüseynov – Turan Tovuz
  4. Nihad Əliyev – Qarabağ
  5. Kənan Feyziyev – Sumqayıt
  6. Məhəmməd Məmmədli – Neftçi
  7. Vüsal Paşayev – Sumqayıt
  8. Emil Bünyadzadə – Qarabağ
  9. Nurhan Abdiyev – Zirə
  10. Dinamin Bağırov – Turan Tovuz
  11. Mirşahbaz Şahbazov – Neftçi
  12. Sənan Muradlı – Sumqayıt
  13. Əşrəf Ələkbərli – Qarabağ
  14. Murad Məmmədov – Neftçi
  15. Hikmət Cəbrayılzadə – Qarabağ
  16. Nihad Əhmədzadə – Sumqayıt
  17. İsmayıl Qurbanlı – Neftçi
  18. Fərid Şahhüseyni – Səbail
  19. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  20. Nihad Orucəli – Sumqayıt