19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız İrlandiya ilə üz-üzə gəlib.
Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunmuş qarşılaşmanı serbiyalı baş hakim idarə edib. Oyun Elxan Abdullayevin rəhbərlik etdiyi yığmamız üçün uğursuz alınıb. Futbolçularımız bu dəfə 4 cavabsız qola üzülüblər.
Qeyd edək ki, U-19 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki ilk oyununda İslandiya yığması ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Komandamız sonuncu turda meydan sahibi Moldova yığması ilə qüvvəsini sınayacaq. Bu görüş noyabrın 19-da baş tutacaq.
AÇ-2025-in seçmə mərhələsi
7-ci qrup
16 noyabr
İrlandiya – Azərbaycan 4:0
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova).
Dördüncü hakim: İqor Boska (Moldova).
“Zimbru-2” stadionu, Kişinyov. Saat 14:00.


