19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) avqustun 31-dən sentyabrın 1-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamız sentyabrın 2-dən 10-na qədər də İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək. U-19 İspaniyadakı hazırlıq zamanı 3 yoxlama görüşü keçirəcək. Komandamız sentyabrın 4-də Şotlandiya, bundan iki gün sonra Niderland, sentyabrın 9-da isə Uelsin müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gələcək.
Baş məşqçi Elxan Abdullayev qarşıdakı toplanış və yoxlama oyunları üçün millimizə 24 futbolçu cəlb edib:
- Sadiq Məmmədzadə – Qarabağ
- Osman Hüseynov – Riqa (Latviya)
- Səlim Həşimov – Zirə
- Hüseyn Hüseynov – Turan Tovuz
- Nihad Əliyev – Qarabağ
- Kənan Feyziyev – Sumqayıt
- Məhəmməd Məmmədli – Neftçi
- Nadir Orucov – Sumqayıt
- Vüsal Paşayev – Sumqayıt
- Surxay Nəbiyev – Neftçi
- Emil Bünyadzadə – Qarabağ
- Elgün Dünyamalıyev – Sabah
- Dinamin Bağırov – Turan Tovuz
- Mirşahbaz Şahbazov – Neftçi
- Qədir Ramazanov – Qəbələ
- Şahin İbrahimov – Sabah
- Sənan Muradlı – Sumqayıt
- Əşrəf Ələkbərli – Qarabağ
- Murad Məmmədov – Neftçi
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Raul Zeynallı – Sabah
- Nihad Əhmədzadə – Sumqayıt
- Davud Mənsumov – Qarabağ
- Nihad Orucəli – Sumqayıt


