U-19 millimiz Maltada Şimali İrlandiya yığmasına qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, 13-cü qrupda yer almış milli komandamız ikinci sınağında Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Görüş Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 17:30-da start veriləcək. Qarşılaşmanı qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.

Xatırladaq ki, Elxan Abdullayevin baş məşqçisi olduğu U-19 millimiz seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6.

Avropa çempionatının seçmə mərhələsi
13-cü qrup
15 noyabr

Şimali İrlandiya – Azərbaycan
Baş hakim: Sayat Karabayev (Qazaxıstan).
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta).
Dördüncü hakim: Ezekiel Barbara (Malta).
Ta Qali. “Sentenari” stadionu. Saat 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: