U-19 millimiz Maltaya qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, 13-cü qrupda yer almış milli komandamız sonuncu sınağında qrup oyunlarına ev sahibliyi edən Malta yığması ilə qarşılaşacaq.

Görüş Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Qarşılaşmanı finlandiyalı referi Oliver Reytala idarə edəcək.

Xatırladaq ki, Elxan Abdullayevin baş məşqçisi olduğu U-19 millimiz seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6. İkinci turda isə komandamız Şimali İrlandiya yığması ilə bacarmamışdı – 0:1.

Avropa çempionatının seçmə mərhələsi
13-cü qrup
18 noyabr

Azərbaycan – Malta
Baş hakim: Oliver Reytala (Finlandiya).
Baş hakimin köməkçiləri: Olli Yantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan).
Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)
Ta Qali. “Sentenari” stadionu. Saat 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: