İspaniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) ikinci yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, U-19 hazırlıq çərçivəsində Niderlandın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Mursiya şəhərində baş tutan görüş Niderland seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan milli komandası toplanış çərçivəsində iki gün əvvəl Şotlandiya ilə yoxlama görüşündə də 0:2 hesabı ilə məğlub olmuşdu. Yığmamız sentyabrın 9-da Uels yığması ilə də üz-üzə gələcək.
Baş məşqçi Elxan Abdullayev bu toplanış və yoxlama oyunları üçün millimizə 24 futbolçu cəlb edib:
- Sadiq Məmmədzadə – Qarabağ
- Osman Hüseynov – Riqa (Latviya)
- Səlim Həşimov – Zirə
- Hüseyn Hüseynov – Turan Tovuz
- Nihad Əliyev – Qarabağ
- Kənan Feyziyev – Sumqayıt
- Məhəmməd Məmmədli – Neftçi
- Nadir Orucov – Sumqayıt
- Vüsal Paşayev – Sumqayıt
- Surxay Nəbiyev – Neftçi
- Emil Bünyadzadə – Qarabağ
- Elgün Dünyamalıyev – Sabah
- Dinamin Bağırov – Turan Tovuz
- Mirşahbaz Şahbazov – Neftçi
- Qədir Ramazanov – Qəbələ
- Şahin İbrahimov – Sabah
- Sənan Muradlı – Sumqayıt
- Əşrəf Ələkbərli – Qarabağ
- Murad Məmmədov – Neftçi
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Raul Zeynallı – Sabah
- Nihad Əhmədzadə – Sumqayıt
- Davud Mənsumov – Qarabağ
- Nihad Orucəli – Sumqayıt