U-19 millimiz seçmə mərhələni qələbə ilə bitirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.

Arena.az xəbər verir ki, 13-cü qrupda yer almış millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Ta Qali şəhərində yerləşən “Sentenari” stadionunda keçirilmiş görüşün ikinci hissəsinin əvvəllərində meydan sahibləri hesabı açıblar. Buna baxmayaraq, millimiz geridönüş etməyi bacarıb. 60-cı dəqiqədə Nadir Orucovun və 80-ci dəqiqədə Şahismayıl Cəfərovun vurduğu qollar sayəsində Elxan Abdullayevin yetirmələri 2:1 hesablı əzmkar qələbə qazanıblar.

Bununla U-19 millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb. Çexiya yığması 7 xalla qrup birincisi olubsa, Şimali İrlandiya 6 xalla ikinci yeri tutub.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6. İkinci turda isə komandamız Şimali İrlandiya yığması ilə bacarmamışdı – 0:1.

Avropa çempionatının seçmə mərhələsi
13-cü qrup
18 noyabr

Azərbaycan – Malta 2:1
Qollar: Nadir Orucovun, 60. Şahismayıl Cəfərov, 80 – Deyan Farruciya, 49.
Baş hakim: Oliver Reytala (Finlandiya).
Baş hakimin köməkçiləri: Olli Yantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan).
Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)
Ta Qali. “Sentenari” stadionu. Saat 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: