U-19 millimiz Serbiyaya 21 futbolçu ilə yollanır

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Bakıda təşkil edilmiş təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, komandamız hazırlıq prosesini noyabrın 8-dək paytaxtda keçirdikdən sonra Serbiyaya yollanacaq.

Yığmamız noyabrın 9-dan 18-nə qədər Serbiyada təşkil olunacaq U-19 Avropa çempionatının 2-ci seçmə mərhələsində iştirak edəcək. Milli komandamız qrup mərhələsində noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qarşılaşacaq.

Qarşılaşmaların təqvimi belədir:

11 noyabr
Azərbaycan – Monteneqro
Vojdovaç stadionu, Belqrad
14:00 (Bakı vaxtı).

14 noyabr
Serbiya – Azərbaycan
“Mladost” İdman Kompleksi, Pançevo.
19:00 (Bakı vaxtı).

17 noyabr
Farer adaları – Azərbaycan
Vojdovaç stadionu, Belqrad
19:00 (Bakı vaxtı).

Milli komandamızın bu toplanış üçün heyətini təqdim edirik:

  1. Rauf Əyyubov – Sabah
  2. Nurəziz Əzizov – Neftçi
  3. Məhdi Həsənov – Neftçi
  4. Tuncay Əhmədov – Sabah
  5. Əlibəy Mahmudov – Sabah
  6. Rəşad Gülüşov – Sabah
  7. Müseyib Bəşirov – Qəbələ
  8. Emir Fətiyev – Sumqayıt
  9. Rəvan Teymurov – Qarabağ
  10. Məhəmməd Çodarov – Sabah
  11. Amin Rzayev – Qarabağ
  12. Əhməd Vəliyev – Qarabağ
  13. Abdulaziz Cabbarlı – Qarabağ
  14. Əli Qazıbəyov – Qarabağ
  15. Elvin Vəliyev – Neftçi
  16. Əhliman Süleymanzadə – Zirə
  17. Mustafa Kamara – Sent Trüden (Belçika)
  18. Əli Əliyev – Qarabağ
  19. Vüsal Kərimov – Neftçi
  20. Ümid Səlimov – Sabah
  21. Əli İbrahim – Qarabağ
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: