19 yaşadək futbolçulardan ibarət (U-19) Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina, Niderland və Lüksemburq yığmaları ilə bir qrupda mübarizə aparacaq.
Bu qrupun oyunları noyabrın 13-dən 22-nə qədər Lüksemburqda təşkil ediləcək. Millimiz noyabrın 15-də bosniyalılarla, 18-də hollandlarla, ayın 21-də isə meydan sahibləri ilə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanacaqlar.
U-19 yığmamızın oyunlarının təqvimini və hakim təyinatlarını diqqətinizə çatdırırıq:
Azərbaycan – Bosniya və Herseqovina
Baş hakim: Mikkel Redder (Danimarka)
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
15 noyabr. Stade de la Frontiere. Saat 19:00
Niderland – Azərbaycan
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
18 noyabr. Terrain Poetz stadionu. Saat 19:00
Lüksemburq – Azərbaycan
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus)
Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)
21 noyabr. Terrain Poetz stadionu. Saat 21:00
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


