19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Albaniyanın Elbasan şəhərində təlim-məşq toplanışındadır.
Arena.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı yığmamız bu gün hazırlıq çərçivəsində ilk yoxlama matçına da çıxıb.
Komandamızın üzvləri albaniyalı yaşıdları ilə üz-üzə gəliblər. Qarşılaşma yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bu komandalar arasında sentyabrın 11-də daha bir yoxlama oyunu keçiriləcək.
Xatırladaq ki, U-19 yığmamız Albaniyaya bu heyətlə yollanıb:
- Xəyal Fərzullayev – Sumqayıt
- Rəvan Mirzəmmədov – Sabah
- Musa Məmmədov – Qarabağ
- Zaman Zamanlı – Səbail
- Saleh Süleymanov – Cəbrayıl
- Eşqin Əhmədov – Qəbələ
- Ravil Qafarov – Qəbələ
- Rüfət Abbasov – Neftçi
- Uğur Səfərov – Qarabağ
- Elgün Dünyamalıyev – Sabah
- Arzu Atakişiyev – Kəpəz
- Şahin Şahniyarov – Qəbələ
- Murad Ələkbərov – Zirə
- Edqar Adilxanov – Şamaxı
- Adəm Topalov – Səbail
- İbrahim İbrahimli – Qarabağ
- Murad Məmmədov – Neftçi
- Sənan Ağalarov – Qəbələ
- Sadiq Şəfiyev – Turan Tovuz
- Nihat Mehrəliyev – Qarabağ
- Xəyyam Məmmədli – Qəbələ
- Raul Hacıyev – Rustavi (Gürcüstan)


